Futbolçumuzun komandası Portuqaliya kuboku yarışlarının 1/8 final mərhələsinə yüksəlib
Bakı, 23 noyabr, AZƏRTAC
Futbol üzrə Portuqaliya kuboku yarışlarının 1/16 final mərhələsinin oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da bu turnirdə növbəti matçına çıxıb.
Komanda doğma meydanda “Leyksoeş”lə qarşılaşıb. Dörd qolun qeydə alındığı matç “Tondela”nın qələbəsi ilə yekunlaşıb - 3:1. Beləcə, azərbaycanlı futbolçunun komandası inamlı qələbə sayəsində 1/8 finala vəsiqə qazanıb.
R.Dadaşov da bu görüşün iştirakçısı olub. Millimizin hücumçusu 78-ci dəqiqədə meydana buraxılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]
“Barselona” tarixi rekordu təkrarlayıb
- 14.10.2026 [12:45]