“GƏNCƏ RET” MMC-NİN ƏHATƏ ETDİYİ RAYONLARDA ENERJİ HAQLARININ ÖDƏNİŞİ SÜRƏTLƏNİR
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Gəncə Regional Enerji Təchizatı” Məhdud Məsuliyyətli Cəmiyyətin əhatə etdiyi Gəncə, Goranboy, Samux, Xanlar və Daşkəsən rayonlarında enerji haqlarının ödənişi sürətlənir. İyulda 106 min 756 abonentin 73 min 928-i enerji haqlarını ödəmişdir. Həmin müddətdə əhali bölməsini təşkil edən abonentlərdən 263 min 502 manat (AZN) vəsait yığılmışdır. Bu, əsasən bildirişlərin paylanması, maarifləndirmə və s. tədbirlərin həyata keçirilməsi sayəsində mümkün olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:03]
Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub
- 15.10.2026 [17:02]