Geoloqlar Yer kürəsində ən qədim zəlzələlərin izlərini aşkar ediblər
Bakı, 17 mart, AZƏRTAC
Yeni Zelandiyalı geoloqlar Yer kürəsinin tarixində ən qədim və dağıdıcı zəlzələlərin izlərini aşkar ediblər. Mütəxəssislərin fikrincə, yüksək güclü seysmik təkanlar təxminən 3,3 milyard il əvvəl Paleoarxey dövründə baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə araşdırma “Geology” elmi jurnalında dərc olunub.
Alimlər bu kəşfi Afrikanın cənubundakı mürəkkəb geoloji formasiya olan Barberton Greenstone xəttini araşdırarkən ediblər. Onlar bu qənaətə gəliblər ki, bu xətt Yeni Zelandiyada seysmik sarsıntılar keçirmiş daha gənc qayalara olduqca oxşardır.
“Qədim zəlzələlərin enerjisi tamamilə böyük idi və bütün bölgəni sarsıdırdı”, - deyə geoloq Simon Lamb bildirib.
Alimlər hesab edirlər ki, planetimizdə ilk zəlzələlər Yerdə həyatın yaranması ilə eyni dövrdə olub. Tədqiqatçıların fikrincə, tektonik proseslər bəlkə də dünyada ilk canlı orqanizmləri yaratmaq üçün lazımi enerjini təmin edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]
Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib
- 15.10.2026 [16:03]