Gimnastlarımız Bakıdakı dünya kuboku yarışlarında gürzlərlə proqramda çıxış ediblər
Bakı, 22 aprel, AZƏRTAC
Azərbaycan gimnastları Zöhrə Ağamirova və Alina Gözəlova Bakıda keçirilən dünya kuboku yarışlarında gürzlərlə proqramlarını nümayiş etdiriblər.
AZƏRTAC xəbər verir ki, Z.Ağamirovanın çıxışı 30,900, A.Gözəlovanın proqramı isə 27,100 xalla qiymətləndirilib. Z.Ağamirova hazırda 6-cı, A.Gözəlova isə 33-cü pillədə ter alıblar.
Aprelin 23-dək davam edəcək turnirdə gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə yarışırlar.
Ənənəyə uyğun olaraq, yarışda ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim ediləcək.
Bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunacaq onuncu dünya kuboku yarışıdır. Paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.