Gömrükçülər güclü təsiredici dərman preparatları aşkarlayıb
Bakı, 11 sentyabr, AZƏRTAC
Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan Respublikasının ərazisindən tranzit keçən nəqliyyat vasitəsinə gömrük baxışı zamanı yük nəqliyyat vasitəsinin kabinində gömrük nəzarətinə bəyan olunmayan, 10 həb “Tramadol 200”, 10 həb “Namadol-225mg”, ümumilikdə 20 həb güclü təsiredici dərman preparatı aşkarlanıb.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, “Tramadol” Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı”na daxildir.
Faktla bağlı araşdırma aparılır.