“Grand Chess Tour”: Şəhriyar Məmmədyarov daha üç turda mübarizə aparacaq
Bakı, 22 iyul, AZƏRTAC
Xorvatiyanın Zaqreb şəhərində şahmat üzrə “Grand Chess Tour” seriyasının 3-cü mərhələsi davam edir.
AZƏRTAC xəbər verir ki, bu gün turnir çərçivəsində qrossmeysterimiz Şəhriyar Məmmədyarov daha 3 turda mübarizə aparacaq. Onun rəqibləri fransalı şahmatçı Maksim Vaşye-Laqrav, ABŞ təmsilçiləri Leyner Dominqes, Uesli So olacaq.
Qeyd edək ki, Ş.Məmmədyarov ötən turların nəticəsinə görə 6 xalla 6-cı yerdə qərarlaşıb.
Turnir iyulun 25-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]
Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar
- 05.10.2026 [14:05]