Güclü leysan dağ çaylarında daşqınlara səbəb olmuşdur
Qax, 4 may (AZƏRTAC). Respublikamızın şimal-qərb rayonlarına yağan güclü leysan yağışları nəticəsində Qax, Zaqatala və Balakən rayonlarının dağ çaylarında daşqınlar baş vermiş, nəticədə bir-sıra yaşayış məntəqələrində vətəndaşların şəxsi təsərrüfatlarına, əkin sahələrinə, yol infrastrukturuna, elektrik verilişi xətlərinə ciddi ziyan dəymişdir.
Bu rayonların fövqəladə hallar komissiyalarından AZƏRTAC-a bildirmişlər ki, Qapıçay çayının daşması nəticəsində Qax rayonunun Marsan kəndində fərdi təsərrüfatları, həyətləri, əkin sahələrini su basmış, vətəndaşlara xeyli ziyan dəymişdir. Sel suları rayonun Tasmalı, Zəyəm, Qarabaldır, Şotavar kəndlərində də əkin sahələrinə ciddi ziyan vurmuşdur. Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhəd avtomobil yolunun bəzi hissələri sel sularının altında qalmış, nəticədə nəqliyyatın hərəkətində çətinliklər yaranmışdır.
Güclü leysan Zaqatala rayonu ərazisindən axan Tala, Muxax, Bəkməz çaylarında da daşqınlara səbəb olmuş, rayonun Çobankol, Göyəm, Muxax, Dombabinə, Dardoqqaz və digər kəndlərdə əkin sahələrinə və infrastruktura ciddi ziyan dəymişdir.
Leysan yağışları Baləkən rayonunda Katex, Humbul, Balakən və Mazım çaylarında sel və daşqınlara səbəb olmuş, bir sıra yaşayış məntəqələrinə, yollara, körpülərə ziyan vurmuşdur. Katex çayının daşması nəticəsində Poşbinə kəndində həyətləri, əkin sahələrini su basmış, şəxsi təsərrüfatlara ciddi ziyan dəymişdir.
Hazırda bu rayonlarda təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün operativ tədbirlər həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]