Güləş üzrə Bakı çempionatında DİN-in İdman Cəmiyyətinin komandaları yüksək nəticələr göstəriblər
Bakı, 7 noyabr, AZƏRTAC
Hövsan Olimpiya İdman Kompleksində keçirilən sərbəst və yunan-Roma güləşi üzrə Bakı çempionatı başa çatıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, paytaxtın bütün idman klub və cəmiyyətlərinin təmsil olunduğu yarışlarda nazirliyin İdman Cəmiyyətinin komandaları da yüksək nəticələr göstəriblər. DİN-in təmsilçiləri yarışa əvəzedici heyətlə qatılıb.
Sərbəst güləşçilərin yarışında DİN İdman Cəmiyyətinin üzvlərindən Vurğun Əliyev, Elçin Məmmədov və Cavid Sadıxov öz çəki dərəcələrində qalib olublar. Nurəddin Əliyev isə bürünc medal qazanıb. İdmançıları bu yarışa polis polkovnik-leytenantları İlyas Siracov, İlham Mustafayev, kapitan Elşad Allahverdiyev hazırlayıblar.
Yunan-Roma güləşi üzrə paytaxt pəhləvanlarının mübarizəsində isə Murad Allahverdiyev, Orxan Məmmədli gümüş medal qazanıblar. Orxan Qəhtiranov isə bürünc medala sahib olub. DİN İdman Cəmiyyətinin pəhləvanlarını bu yarışa polis polkovnik-leytenantları, Əməkdar məşqçilər Radik Hüseynov, Əli Əliyev və polis mayoru Vilayət Ağayev hazırlayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]
“Parma” baş məşqçisi ilə yollarını ayırıb
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]