İDMAN
Güləşçimiz Ruslan Nurullayev U-20 Avropa çempionatının finalına yüksəlib
Bakı, 27 iyun, AZƏRTAC
İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın ikinci günündə - iyunun 27-də 60, 67, 72, 82 və 97 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.
İlkin Qurbanov (60 kq) Bolqarıstan təmsilçisi Qrişa Nazaryana (6:1) və isveçli Erik Qameliusa (10:1) qalib gələrək yarımfinala yüksəlib. Lakin idmançımız yarımfinalda gürcüstanlı Anri Xozrevanidzeyə minimal fərqlə məğlub olub - 2:3. Təmsilçimiz bürünc medal uğrunda xalça üzərinə çıxacaq.
Çempionatda 67 kiloqram çəki dərəcəsində çıxış edən Kənan Abdullazadə macarıstanlı Şolt Takaçı (6:0) və isveçrəli Frits Reberi (8:0) məğlub edərək yarımfinala adlayıb. K.Abdullazadə də yarımfinalda gürcüstanlı Nika Broladzeyə uduzub. İdmançımız üçüncü yer uğrunda mübarizə aparacaq.
Ruslan Nurullayev (72 kq) almaniyalı Aaron Bellşeydit (4:1) və isveçli Karl Baffı (8:1) mübarizədən kənarlaşdıraraq adını yarımfinala yazdırıb. R.Nurullayev yarımfinalda ukraynalı İrfan Mirzoyevlə gərgin idman mübarizəsi şəraitində keçən görüşdən 3:1 hesablı qələbə ilə ayrılaraq finala yüksəlib.
İsmayıl Rzayev (82 kq) xorvatiyalı Antonio Lukaç (9:0) və serbiyalı Miloş Peroviçi (3:1) məğlubiyyətə uğradaraq yarımfinala vəsiqə qazanıb. İ.Rzayev yarımfinalda türk Alperen Berberə müqavimət göstərə bilməyib - 0:9. Təmsilçimiz bürünc medal uğrunda güləşəcək.
Bu çəki dərəcələrində həlledici qarşılaşmalar iyunun 28-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [17:39]
“Qəbələ” klubu növbəti futbolçu transferini açıqlayıb
- 28.06.2024 [17:20]
Azərbaycanlı UEFA nümayəndəsi Çempionlar Liqasının oyununda
- 28.06.2024 [16:30]
Azərbaycanlı futbolçu Türkiyə klubundan ayrılıb
- 28.06.2024 [15:13]
Asim Xudiyev Konfrans Liqasının oyununa təyinat alıb
- 28.06.2024 [14:54]
Azərbaycan millisinin baş məşqçisi klubundan ayrılıb
- 28.06.2024 [14:31]