Gürcüstan hökuməti Meksika sərhədində girov götürülən vətəndaşlarını azad etməyə çalışır
Tbilisi, 17 mart, AZƏRTAC
Qeyri-qanuni yollarla Meksika ərazisindən keçməklə ABŞ-a getmək istəyən 30-a yaxın Gürcüstan vətəndaşı yerli quldurlar tərəfindən girov götürülüb.
AZƏRTAC xəbər verir ki, Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumatı təsdiqləyib və artıq hökumətin vətəndaşları azad etmək üçün hərəkətə keçdiyini bəyan edib.
Quldurlar bir Gürcüstan vətəndaşına qohumları ilə əlaqə saxlamağa və girov götürülmüş insanları azad etmək üçün pul tələb etmələri barədə məlumat verməyə icazə verib. O, digər 120 girovla birlikdə zirzəmidə saxlandığını və Gürcüstan vətəndaşlarının sərbəst buraxılması üçün 90 min dollar pul tələb edildiyini bildirib.
Gürcüstan XİN-dən verilən məlumata görə, Meksikanın İmmiqrasiya Xidməti ilə əlaqə saxlanılıb və qaçırılmış Gürcüstan vətəndaşlarının tapılaraq azad edilmələri üçün tədbirlər görülür.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]
Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib
- 15.10.2026 [16:03]