Gürcüstanın Çindən alacağı testlərlə ilk növbədə Marneuli sakinləri müayinə olunacaq
Tbilisi, 25 mart, AZƏRTAC
Gürcüstan Çindən koronavirusu sürətlə aşkarlayan testlər əldə edəcək. Bu testlərdən ilk növbədə, azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda istifadə olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Səhiyyə naziri Yekaterina Tikaradze məlumat verib.
Nazirin sözlərinə görə, bu da, regionda və ölkədə epidemiya və virusun yayılma dinamikasına müəyyən səviyyədə nəzarət etməyə imkan verəcək.
Qeyd edək ki, martın 23-dən azərbaycanlıların daha çox yaşadıqları Kvemo Kartli regionunun Marneuli və Bolnisi rayonlarında ciddi karantin rejimi qüvvədədir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:29]
“Aqrar sahə haqqında” yeni Qanunun hazırlanması nəzərdə tutulur
- 11.06.2026 [14:07]
Məhərrəm ayının başlanacağı tarix açıqlanıb
- 11.06.2026 [13:29]