GÜRCÜSTANIN ƏRZAQ MƏHSULLARI BEYNƏLXALQ SƏRGİDƏ
Gürcüstanın ərzaq məhsulları və içkilər istehsalı sahəsində fəaliyyət göstərən 20 şirkəti Berlində keçirilən “Yaşıl həftə” beynəlxalq sərgisində iştirak etmişdir. AZƏRTAC-ın müxbirinin Kənd Təsərrüfatı və Ərzaq Nazirliyindən aldığı xəbərə görə, “Qorkoni” konserv zavodu, alkoqollu içkilər istehsal edən “Baqrationi” şirkəti, Telavi şərab zavodu və “Tbilivino” kimi müəssisələrin məhsulları mütəxəssislər və sərgiyə gələnlər tərəfindən yüksək qiymətləndirilmişdir.
Gələcəkdə Gürcüstan həmin sərgidə daha geniş miqyasda təmsil olunmaq və bu məhsulların istehsal və ixracını artırmaq niyyətindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:57]
Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb
- 29.09.2026 [17:48]
ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 29.09.2026 [17:35]
® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri
- 29.09.2026 [17:20]
Masallının iki kəndinin yolları təmir olunub VİDEO
- 29.09.2026 [17:20]