Havanı təmizləyən divarlar yaradılıb
Bakı, 22 yanvar, AZƏRTAC
Şanxay yaxınlığında yerləşən Çin şirkətlərindən biri yeni növ tikinti blokları yaradıb. Bu bloklar havanı zərərli maddələrdən təmizləyən xüsusi mina ilə örtülüb. “Kaier New Materials” şirkətindən bildiriblər ki, minanın tərkibinə xüsusi nanometrik material əlavə edilib. Bu material zərərli maddələrlə fotosintezi xatırladan prosesə girir.
AZƏRTAC “China Daily” qəzetinə istinadla xəbər verir ki, bu blokların hər 100 kvadratmetri havanı sanki 7 qovaq ağacı qədər təmizləyir. Qovaq, təbiətdə ağaclar arasında ən məhsuldar hava təmizləyicisidir. Kimyəvi reaksiya prosesində su nazik təbəqə əmələ gətirir. Bu təbəqə sayəsində divarları küçə tərəfdən yumağa ehtiyac qalmır.
Sınaq tikinti materialları üzrə xüsusi mərkəzdə aparılır. Şirkət öz məhsulunu hələlik bazara çıxarmağa tələsmir, çünki Çinin test institutlarının belə innovasiyalı material üçün standartları yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]