Hərbi marşların sədaları altında əsgər naharı təqdim olunub
Bakı, 9 may, AZƏRTAC
Mayın 9-da Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyi münasibəti ilə ölkəmizin bütün guşələrində bayram tədbirləri keçirilir.
AZƏRTAC xəbər verir ki, müdafiə nazirinin təsdiq etdiyi plana əsasən əvvəlcədən müəyyən olunmuş yerlərdə - Fəvvarələr meydanında və digər yerlərdə səhra mətbəxləri qurularaq Silahlı Qüvvələrin orkestrlərinin nümunəvi çıxışlarının sədaları altında əsgər naharı təqdim olunub.
Təşkil olunmuş bayram tədbirində hər kəs - uşaqlar, gənclər, ahıllar, paytaxtımızın qonaqları əsgər rasionuna daxil olan ləzzətli və keyfiyyətli nahardan dadaraq orkestrin səsləndirdiyi mahnıları dinləyiblər.