Heydər Əliyev Sarayında konsert - “Türk serialları dünyası”
Bakı, 8 avqust, AZƏRTAC
Avqustun 24-də Heydər Əliyev Sarayında “BN Team Orchestra” simfonik orkestri “Türk serialları dünyası” adlı unikal layihə təqdim edəcək.
Sarayın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Qazaxıstandan olan bu orkestrin ifasında “Möhtəşəm yüz il”, “Qara sevda”, “Çalıquşu”, “Çuxur”, “Min bir gecə”, “Hərcai” və başqa serialların məşhur musiqiləri səsləndiriləcək.
Qeyd edək ki, bu musiqilər sadəcə serialları müşayiət etmir, o həm də tamaşaçını ovsunlayan, kino dünyasına qərq edən, həmçinin ekran qəhrəmanlarının bütün hisslərini yaşadan və həmişəlik yaddaşlara həkk edən bütöv bir simfoniya aləmidir. Müxtəlif mövzularda lentə alınan ekran əsərlərinin ideyası simfonik orkestr və xor kollektivlərinin ifası ilə daha dərin məna kəsb edir, qəhrəmanların romantik hissləri, həyəcanlı səhnələri qabarıq şəkildə təqdim olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:06]
Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni
- 28.09.2026 [18:45]
“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti
- 28.09.2026 [17:02]
Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub
- 28.09.2026 [15:59]
Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır
- 28.09.2026 [14:53]