Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev və müasir məhkəmə-hüquq sistemi

Heydər Əliyev və müasir məhkəmə-hüquq sistemi

Bakı, 9 may, AZƏRTAC

Ulu Öndər Heydər Əliyevin bacarıqlı dövlət xadimi, təcrübəli siyasətçi, Azərbaycan dövlətçiliyinin banisi güclü, qüdrətli şəxsiyyət kimi həyat və fəaliyyəti müasir tariximizin mühüm mərhələsini təşkil edir. Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısında xidmətləri misilsizdir. Ölkəmizin məhkəmə-hüquq sisteminin demokratik prinsiplər əsasında bərqərar edilməsi də məhz dahi öndərin adı ilə bağlıdır.

Bu fikirlər Sumqayıt Apellyasiya Məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Tofiq Paşayevin “Heydər Əliyev və müasir məhkəmə-hüquq sistemi” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Heydər Əliyevin bilavasitə müəllifliyi ilə hazırlanaraq 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi ilə həm də məhkəmə-hüquq islahatlarının əsası qoyulub.

Hüquqi islahatlara müstəsna əhəmiyyət verən Ulu Öndər tərəfindən Hüquq İslahat Komissiyası yaradılıb, qısa müddətdə demokratik prinsiplərə əsaslanan yeni qanunlar və məcəllələr hazırlanaraq qəbul olunub. “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında” qanunlar məhkəmə hakimiyyətinin müstəqil fəaliyyətinə təminat verib.

“Məhkəmələr və hakimlər haqqında” Qanunda hakimlərin toxunulmazlığı, dəyişməzliyi, şəxsi təhlükəsizliyi, onların fəaliyyətinə müdaxilənin yolverilməzliyi, hakimlərin siyasətsizləşdirilməsi, onların müsabiqə yolu ilə seçilib təyin edilməsi, maddi və sosial təminatları nəzərdə tutulub, məhkəmələr və hakimlərlə bağlı məsələləri həyata keçirən Prezident yanında Məhkəmə-Hüquq Şurası yaradılıb.

İslahatlar nəticəsində 2000-ci ilin sentyabrında Azərbaycanda yeni - birinci, apellyasiya və kassasiya instansiyalarından ibarət üçpilləli müstəqil məhkəmə sistemi bərqərar edilib. Ulu Öndərin başladığı köklü islahatlar nəticəsində müasir Azərbaycan hüquq sisteminin inkişafı davamlı prosesə çevrilib.

Bu gün fəxarət hissi ilə deyə bilərik ki, bütün sahələrdə olduğu kimi Ulu Öndərin əsasını qoyduğu məhkəmə-hüquq islahatları da onun layiqli davamçısı tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə məhkəmə hakimiyyətinin inkişafına xidmət edən genişmiqyaslı islahatlar aparılıb, bu sahədə yeni iş metodlarının, qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının və elektron xidmətlərin geniş tətbiqi təmin edilib, ən müasir infrastrukturun yaradılması üzrə tədbirlər görülüb. İslahatların ən mühüm cəhəti isə Məhkəmə-Hüquq Şurasının Avropada ən mütərəqqi təcrübələrə əsaslanaraq məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanı kimi yenidən təsis edilməsi olub. Məhkəməyə əlçatanlığın məhkəmə sisteminin quruluşundan, xüsusilə ixtisaslaşdırılmış və regional məhkəmələrin fəaliyyətindən çox dərəcədə asılı olduğu nəzərə alınaraq, dövlət başçısı İlham Əliyev tərəfindən məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı imzalanmış 2006-cı il 19 yanvar və 2010-cu il 15 iyul tarixli fərmanlarla bu sahədə islahatlar davam etdirilib. Regionların sosial-iqtisadi inkişafı şəraitində ölkə başçısının tapşırıqlarına uyğun olaraq bölgələrdə yaşayan insanların məhkəmələrə çatımlığının yaxşılaşdırılması məqsədilə 2006-cı ildə respublika apellyasiya və iqtisad məhkəmələrinin əvəzinə 6 regional apellyasiya, habelə əlavə 3 yerli iqtisad məhkəməsi təşkil edilib. 2010-cu ildə isə yeni regional ağır cinayət məhkəmələri yaradılıb, hərbi məhkəmə sistemi təkmilləşdirilib. İlk dəfə olaraq inzibati ədliyyə institutu təsbit edilərək, 2011-ci ildən dövlət orqanları tərəfindən insan haqlarının pozulmasının qarşısının alınmasında mühüm rol oynayan inzibati məhkəmələr fəaliyyətə başlayıb. Apellyasiya və kassasiya instansiyaları məhkəmələrində isə müvafiq məhkəmə kollegiyaları formalaşıb.

Apellyasiya məhkəmələri qanunvericilikdə nəzərdə tutulan səlahiyyətləri çərçivəsində ədalət mühakiməsini həyata keçirir, Məhkəmə-Hüquq Şurasında və Hakimlərin Seçki Komitəsində təmsil olunurlar.

Hakimlərin məsuliyyət hissinin artırılmasında apellyasiya məhkəmələri prinsipial və təsirli mövqe göstərir, hakimlərin fəaliyyətinin qiymətləndirilməsində iştirak edirlər. 2022-ci ilin iyulun 25-də regional apellyasiya məhkəmələrinin fəaliyyətə başlamasının 15 illiyinə həsr olunmuş Şuşa konfransı baş tutub. “Şuşa İli” çərçivəsində keçirilmiş bu konfransda apellyasiya məhkəmələrinin ötən dövrdə ədalət mühakiməsinin həyata keçirilməsində mühüm rolu qeyd olunub.

Azərbaycan Prezidentinin 2014-cü il 13 fevral tarixli “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” Sərəncamı isə bu sahədə ötən illərdən başlanmış islahatların uğurlu davamına etibarlı zəmin yaradır. “Elektron məhkəmə” sistemi vətəndaşların məhkəmələrlə münasibətlərinin daha çevik və işlək mexanizmlər əsasında qurulmasına, süründürməçilik hallarının aradan qaldırılmasına, işlərə baxılmasında qanunvericiliyin tələblərinə tam riayət olunmasına imkan yaradır, operativliyi və şəffaflığı maksimum dərəcədə təmin edir.

Dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” digər, 2019-cu il 3 aprel tarixli Fərmanı isə ədliyyə və məhkəmə sisteminin inkişafında yeni mərhələ olmaqla bu sahədə islahatların müasir çağırışlara uyğun davam etdirilməsinə, fiziki və hüquqi şəxslərin bu sistemdən istifadəsinin təşviqinə, ümumilikdə məhkəmə icraatının effektivliyinin yüksəldilməsinə rəvac verib.

Həmçinin Fərmanda məhkəmə fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılması, qeyri-prosessual münasibətlərin yolverilməzliyinin təmin edilməsi, hakimlərin təminatının əhəmiyyətli dərəcədə yaxşılaşdırılması ilə bağlı ciddi və konkret tədbirlərin müəyyən edilməsi məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsinə, ədalət mühakiməsinin effektivliyinə və əlçatanlığına, vətəndaş məmnunluğuna xidmət edir.

Dövlət başçısının sosial ədalətə əsaslanan islahatlarına, eləcə də birinci xanım Mehriban Əliyevanın inklüziv cəmiyyətin inkişafı üzrə təşəbbüslərinə uyğun olaraq innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə ardıcıl tədbirlər görülür. Bütün bu işlər vətəndaşların ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılmasına, onlara yüksəkkeyfiyyətli hüquqi xidmətlərin göstərilməsinə, şəffaflığın artırılmasına, bütövlükdə məhkəmə hakimiyyətinə ictimai etimadın yüksəldilməsinə yönəlib.

Prezidentin tapşırıqlarına və tövsiyələrinə uyğun olaraq son illər paytaxtda və bir sıra rayonlarda müasir tələblərə cavab verən 40 yaxın məhkəmə üçün yeni, müasir binaların, o cümlədən apellyasiya məhkəmələrinin fəaliyyət göstərdiyi Şəki və Sumqayıt Məhkəmə Komplekslərinin istifadəyə verilməsi məhkəmə-hüquq sistemində görülən ardıcıl tədbirlərin tərkib hissəsidir.

Dövlət başçısı 2021-ci ilin sentyabrın 3-də Sumqayıt Məhkəmə Kompleksinin açılışında iştirak etmiş, yaradılan şəraitlə tanış olmuşdur. Bir neçə gün sonra isə məhkəmə kompleksi ictimaiyyətə təqdim olunmuş, deputatların, vəkillərin, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin və digər qurumların nümayəndələri üçün mediatur təşkil edilmişdir. Konseptual baxımdan yeni olan, öz funksionallığı ilə fərqlənən Məhkəmə Kompleksi altı məhkəməni - Sumqayıt apellyasiya, inzibati, kommersiya və ağır cinayətlər, Sumqayıt şəhər, eləcə də müvəqqəti olaraq Qubadlı Rayon məhkəmələrini əhatə edir. “Bir qapı” prinsipi ilə fəaliyyət göstərən, inzibati və ictimai zonadan ibarət məhkəmə kompleksi ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə, vətəndaşların müraciət imkanlarının asanlaşdırılmasına xidmət edir. 24 məhkəmə zalında "Elektron məhkəmə" informasiya və şəffaflığın təmin edilməsi üçün "Femida" sistemləri quraşdırılıb.

Kompleksdə 50-dək hakim, ümumilikdə isə 240 işçi fəaliyyət göstərir. Ötən ildə Kompleksdə 24 mindən artıq işə baxılıb ki, bu da yurisdiksiyaya aid məhkəmələrdə baxılan işlərin təxminən yarısına bərabərdir. Yaradılmış şərait nəticəsində Sumqayıt Apellyasiya Məhkəməsində cinayət işlərinə videobağlantı formatında baxılır. Kompleksdə fəaliyyət göstərən birinci instansiya məhkəmələri də bu təcrübədən uğurla istifadə edirlər. Müasir çağırışlara uyğun yaradılan şəraitə və göstərilən xüsusi qayğıya görə dövlət başçısı İlham Əliyevə minnətdarlıq ifadə edirik.

Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi yol, onun vəsiyyəti daim müdrik xalqımızın ümid və istinadgah mənbəyi olaraq qalır. Dövlət başçısının uğurla davam etdirdiyi bu islahatların şahidi və iştirakçısı olmaq xüsusi qürur hissi yaradır və üzərimizə böyük məsuliyyət qoyur.

Əminliklə deyə bilərik ki, məhkəmə-hüquq sistemində aparılan islahatlar məhkəmə hakimiyyəti orqanlarının fəaliyyəti daha da müasirləşdirilməsinə, əhaliyə göstərilən hüquqi yardımın səviyyəsi yüksəldilməsinə, ədalət mühakiməsinin daha çevik, işlək və obyektiv mexanizmlər əsasında həyata keçirilməsinə zəmin yaradıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Elgün Hacıyev: Qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq mexanizmlər çərçivəsində nəzərdən keçirilməlidir

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et, ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb

® İcbari tibbi sığorta üzrə göndərişlərin tənzimlənməsində mövcud çətinliklər və perspektivlər mövzusunda dövlət və özəl sektor arasında konseptual dialoq

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 8 mini keçib

Turizm və Menecment Universiteti beynəlxalq layihədə təmsil olunub

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

Naxçıvan Muxtar Respublikasının 7 yaşayış məntəqəsində minifutbol meydançaları yaradılacaq

“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə daha 20 standart layihəyə baxılıb

® “AzInTelecom” “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

Azərbaycan enerji və logistika imkanlarını birləşdirən sabit iqtisadi məkandır - ŞƏRH

Tufan Erhürman: Kipr probleminin həlli üçün “nəticəyə yönəlmiş danışıqlara” hazırıq

Azərbaycan idmançıları hapkido üzrə dünya birinciliyi və çempionatında 13 medal qazanıblar

Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərilib

Avropanın təhlükəsizliyi gücləndirilir: Aİ beş hərbi layihəni təsdiqləyib

Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafı qeyri-neft iqtisadiyyatına yeni imkanlar açır - ŞƏRH

Krakov şəhərində soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Biləsuvarda pambıq yığımına start verilib

® “Bakcell” İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

Alban xristian irsinin tanıtımında vətəndaş sektorunun rolu

Azərbaycan ən uğurlu inkişaf modelini seçib ŞƏRH

Rusiya ordusunun Dneprdəki biznes mərkəzinə hücumu zamanı 3 nəfər ölüb

Firdovsiyyə Əhmədova: Kilsə arxivlərinin Ermənistana verilməsi tarixi həqiqətlərin təhrifinə şərait yaradıb

Peskov: Ukrayna ilə bağlı danışıqların bərpası qərarı Rusiyanın maraqlarına əsaslanaraq veriləcək