Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyevin hüquq siyasəti: insanpərvərlik və humanizm

Heydər Əliyevin hüquq siyasəti: insanpərvərlik və humanizm

Bakı, 4 aprel, AZƏRTAC

Zəngin dövlətçilik tarixi olan Azərbaycanın müasir dünyada öz layiqli yerini tutması və müstəqillik yolunda inamla addımlaması Ulu Öndər Heydər Əliyevin milli inkişaf strategiyası və bu strategiyanın sonrakı dövrdə uğurla davam etdirilməsi ilə birbaşa bağlıdır. Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, üç onillik ərzində ağır fəsadlarını yaşadığımız işğala son qoyulması, Böyük Zəfərdən dərhal sonra Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi üçün geniş miqyaslı işlərə başlanılması Heydər Əliyev ideallarının təcəssümü olmaqla milli inkişafın yeni mərhələsinə keçidi şərtləndirib. Ulu Öndərin anadan olmasının 100 illik yubileyi məhz belə vaxta - müstəqil Azərbaycanın qalib dövlət kimi öz nüfuzunu daha da yüksəltdiyi, gücünü, qüdrətini daim artırdığı bir zamana təsadüf edir.

Bu fikirlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Akşin Ziyadovun “Heydər Əliyevin hüquq siyasəti: insanpərvərlik və humanizm” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC həmin məqaləni təqdim edir.

Möhtərəm Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 2022-ci il 29 sentyabr tarixli Sərəncamında qeyd edildiyi kimi, Ulu Öndər cəmiyyətin həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirib və məharətlə həyata keçirib. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir.

Qanunçuluğun təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunması, ədalətlilik, humanizm və insanpərvərlik də Heydər Əliyevin milli inkişaf strategiyasının mühüm tərkib hissələridir. Bu dəyərlər hələ sovet hakimiyyəti dövründə respublikaya başçılıq edərkən, həmçinin keçmiş ittifaqın rəhbərliyində təmsil olunarkən Ulu Öndərin siyasi və idarəçilik fəaliyyətində önəmli yer tutub, müstəqillik illərində isə milli dövlət quruculuğunun aparıcı istiqamətlərində öz ifadəsini tapıb. Dövlətçilik fəaliyyətində daim qanunun aliliyi prinsipinə əsaslanan müdrik siyasətçi ədaləti ədalətsizliklə bərpa etməyin mümkünsüzlüyünü bildirirdi. Bu baxımdan, müstəqil dövlət quruculuğu dövründə çevik və səmərəli hüquq sistemi formalaşdırılarkən ədliyyə orqanlarının roluna xüsusi əhəmiyyət verilib, onun davamlı islahatlar yolu ilə təkmilləşdirilməsi diqqətdə saxlanılıb. Hələ sovet hakimiyyəti dövründə məhz Ulu Öndərin təşəbbüsü ilə təşkilati cəhətdən yenidən qurulan və zəngin inkişaf yolu keçən Azərbaycan ədliyyəsinin səlahiyyətləri dövlət müstəqilliyinin bərpasından sonra daha da genişlənib, onun cəmiyyətdəki rolu və nüfuzu artıb, peşəkar kadr potensialı gücləndirilib. Postsovet məkanında qətimkan tədbiri kimi həbsin seçilməsi səlahiyyətinin məhkəməyə verilməsi, həmçinin Şərqdə ilk dəfə olaraq ölüm cəzasının ləğvi Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan ədliyyəsində aparılan islahatların mühüm nəticələrindən olub.

İyirmi beş il əvvəl ölüm cəzasının ləğvi ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisinə ünvanlandığı tarixi müraciətdə müdrik və uzaqgörən rəhbər insan həyatının ən yüksək dəyər, yaşamaq hüququnun hər bir insanın təbii və ayrılmaz hüququ olduğunu qeyd edərək, ölüm cəzasının tətbiqini insan ləyaqətinə, bütövlükdə insan hüquqları ideyasına zidd olan qeyri-insani və amansız tədbir kimi qiymətləndirir, bu cəza növünün ləğvinin tarixi hadisə olmaqla bərabər, cinayət-hüquq siyasətinin humanistləşdirilməsi sahəsində atılan qətiyyətli addım və hüquq sistemində islahatların mühüm mərhələsi olacağına əminliyini bildirirdi.

“İslah-əmək müəssisələrində və istintaq təcridxanalarında qanunçuluğun möhkəmləndirilməsi, cəzaların icrasının təmin edilməsi və hüquqi islahatların həyata keçirilməsinə dair tədbirlər haqqında” 1999-cu il 11 fevral tarixli, “Azərbaycan Respublikasında hüquqi islahatların həyata keçirilməsi, məhkəmələrin, islah-əmək müəssisələrinin və istintaq təcridxanalarının işinin yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında”, eləcə də “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin istintaq təcridxanalarının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin tərkibinə verilməsi haqqında” 1999-cu il 9 oktyabr tarixli fərmanları ilə Ulu Öndər müstəqil dövlətimizin cəza siyasətinin humanistləşdirilməsi sahəsində köklü islahatların əsasını qoyub. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin qəbul edilməsi və 2000-ci ildən qüvvəyə minməsi də bu sahədə hüquqi tənzimləmənin əsasını təşkil edən cəzaların icrası, habelə cinayət-hüquqi xarakterli digər tədbirlərin tətbiqi qaydalarını və şərtlərini müəyyən edən vacib qanunvericilik aktıdır.

Amnistiya və əfv etmə institutunun geniş tətbiqi Heydər Əliyevin ədliyyə orqanları üçün də başlıca meyar kimi müəyyənləşdirdiyi humanizmin mühüm təzahürlərindəndir. Məhz onun təşəbbüsü ilə 1995-2003-cü illərdə qəbul olunmuş 7 amnistiya aktı 77 mindən çox insana şamil edilib, 32 əfv fərmanı imzalanaraq 3100-dən çox məhkum bağışlanıb.

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş humanizm siyasətini möhtərəm Prezident İlham Əliyev dövlət idarəçiliyinin əsas prinsiplərindən biri kimi qətiyyətlə davam etdirir. Ölkə rəhbərinin əfv fərmanları, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilən amnistiya aktları minlərlə insana bu siyasətdən bəhrələnərək, cəzadan vaxtından əvvəl azad edilmək, cəmiyyətə reinteqrasiya olunmaq imkanı verib.

Dövlətimizin başçısının “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı isə ölkəmizin hərtərəfli inkişafı ilə əlaqədar cəza siyasətinə, cinayət qanunvericiliyinə, məhkumların hüquqlarının təminatı məsələlərinə yeni baxışın ifadəsi, qabaqcıl dünya təcrübəsinin tətbiqi əsasında penitensiar sistemin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində növbəti addım oldu.

Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətçilik ideallarına sədaqətlə ölkəmizin hüquq sistemində həyata keçirilən islahatların məntiqi davamı olmaqla, cəza siyasətinin yeni strateji hədəflərini müəyyənləşdirən sənəddə bu sahədə dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, cəzaların icrasının müasir tələblərə uyğun qurulması, cəzanı icra edən orqanlarda mövcud olan nöqsan və çatışmazlıqların, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, müasir texnoloji vasitələrin tətbiqi, cəmiyyətdən təcridetmə ilə bağlı olmayan cəzaların icrasına effektiv nəzarətin təşkili və digər bu kimi konseptual məsələlər öz əksini tapıb. Həmin Sərəncamla Ədliyyə Nazirliyində təsis edilən Probasiya Xidməti - məhkumların cəmiyyətdən təcrid edilməsi ilə əlaqədar olmayan cəzaları icra edən yeni qurum da məhz bu məqsədlə yaradılıb. Ötən altı ildə Xidmətin strukturunun təkmilləşdirilməsi, maddi-texniki bazasının və kadr potensialının möhkəmləndirilməsi, işin səmərəliliyinin artırılması, əməkdaşların bilik səviyyəsinin, peşə hazırlığının yüksəldilməsi, maddi və sosial təminatının yaxşılaşdırılması ardıcıllıqla həyata keçirilib, probasiya fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görülüb, Ədliyyə Nazirliyinin müvafiq İşçi Qrupu çoxsaylı müzakirələr, analitik təhlillər aparıb, beynəlxalq təcrübəni nəzərə alaraq qısa müddət ərzində bir sıra normativ xarakterli hüquqi aktların layihəsini hazırlayıb, nəticədə Milli Məclis 3 qanun, Nazirlər Kabineti 3 normativ hüquqi akt qəbul edib, nazirliyin kollegiyasının qərarları ilə 9 sənəd təsdiq olunub. Cərimə, habelə azadlığın məhdudlaşdırılması növündə cəzaların icrası mexanizminin, şərti məhkum olunmuş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə probasiya nəzarətinin təkmilləşdirilməsi, ölkədən getmək hüququnun məhdudlaşdırılması üzrə hüquqi tənzimlənmə ilə bağlı Cinayət, Cinayət-Prossesual, Cəzaların İcrası və Miqrasiya məcəllələrinə dəyişikliklərin edilməsinə dair qanun layihələri hazırlanıb. Bununla yanaşı, probasiya fəaliyyətinin əsas müddəalarını, hüquqi əsaslarını və prinsiplərini, məhkumların hüquq və azadlıqlarının müdafiəsini, sosial adaptasiyasını və reabilitasiyasını, digər zəruri norma və elementləri özündə əks etdirən “Probasiya fəaliyyəti haqqında” Qanun layihəsi və mövcud qanunvericiliyə dəyişikliklər edilməsi barədə normativ aktların layihələri ilə bağlı işlər yekunlaşmaq üzrədir.

Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, probasya fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirilir. Ötən dövr ərzində ölkəmizdə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş, məhkəmənin qərarı ilə şərti məhkum edilmiş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş 16 mindən artıq şəxsə elektron nəzarət vasitələri (elektron qolbaqlar) tətbiq olunub, hazırda 4300-dən artıq məhkum üzərində elektron nəzarət həyata keçirilir. Bu, məhkumların davranışına, real vaxt rejimində mərkəzləşdirilmiş qaydada məsafədən izlənilməsinə, onların üzərinə qoyulmuş vəzifələrin icrasına fasiləsiz nəzarətin həyata keçirilməsinə, zərurət olduqda məhkumlarla dərhal əlaqə yaradılmasına, beləliklə də, cəzaların icrasında ciddi qayda yaradılmasına, qanun pozuntularının, yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün səmərəli qabaqlayıcı tədbirlərin görülməsinə imkan yaradır.

Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinə sədaqət Prezident İlham Əliyevin cəzaların humanistləşdirilməsi siyasətində özünü bariz şəkildə göstərir. Bu siyasət cəmiyyətdə ictimai asayişin və əmin-amanlığın təmin olunmasına, vətəndaşla dövlət arasında münasibətlərin inkişafına böyük töhfə verir.

“Qoy ədalət zəfər çalsın!” - gəncliyi ötən əsrin səksəninci illərinə təsadüf edən soydaşlarımız Ulu Öndər Heydər Əliyevin bu kəlamının həmin dövrdə keçmiş ittifaq miqyasında necə böyük əks-səda doğurduğunu yaxşı xatırlayırlar. Xalqımızın dahi oğlu bununla haqqın-ədalətin azərbaycanlılar üçün üstün milli xüsusiyyət olduğunu ifadə edir, səciyyələndirirdi. Haqq-ədalətin bərqərar olduğu dövlət isə mütləq humanizm, insanpərvərlik birgəyaşayışın və hüquq sisteminin başlıca meyarlarından birinə çevrilir.

Məhz buna görə də bu gün biz Heydər Əliyevi öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət, azad, demokratik, hüquqi dövlətin banisi kimi dərin ehtiramla xatırlayır, yad edir, onun göstərdiyi yolla addımlamağı özümüzə şərəf bilirik. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb

® İcbari tibbi sığorta üzrə göndərişlərin tənzimlənməsində mövcud çətinliklər və perspektivlər mövzusunda dövlət və özəl sektor arasında konseptual dialoq

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 8 mini keçib

Turizm və Menecment Universiteti beynəlxalq layihədə təmsil olunub

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

Naxçıvan Muxtar Respublikasının 7 yaşayış məntəqəsində minifutbol meydançaları yaradılacaq

“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə daha 20 standart layihəyə baxılıb

® “AzInTelecom” “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

Azərbaycan enerji və logistika imkanlarını birləşdirən sabit iqtisadi məkandır - ŞƏRH

Tufan Erhürman: Kipr probleminin həlli üçün “nəticəyə yönəlmiş danışıqlara” hazırıq

Azərbaycan idmançıları hapkido üzrə dünya birinciliyi və çempionatında 13 medal qazanıblar

Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərilib

Avropanın təhlükəsizliyi gücləndirilir: Aİ beş hərbi layihəni təsdiqləyib

Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafı qeyri-neft iqtisadiyyatına yeni imkanlar açır - ŞƏRH

Krakov şəhərində soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Biləsuvarda pambıq yığımına start verilib

® “Bakcell” İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

Alban xristian irsinin tanıtımında vətəndaş sektorunun rolu

Azərbaycan ən uğurlu inkişaf modelini seçib ŞƏRH

Rusiya ordusunun Dneprdəki biznes mərkəzinə hücumu zamanı 3 nəfər ölüb

Firdovsiyyə Əhmədova: Kilsə arxivlərinin Ermənistana verilməsi tarixi həqiqətlərin təhrifinə şərait yaradıb

Peskov: Ukrayna ilə bağlı danışıqların bərpası qərarı Rusiyanın maraqlarına əsaslanaraq veriləcək

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

İraq ABŞ qüvvələrinin Bağdaddakı əsas qərargahını təhvil alıb

Tarixçi-alim: Ermənilərin bu bölgələrə köçürülməsindən sonra Qafqaz Albaniyasının tarixi saxtalaşdırılıb

Çinli turist: Azərbaycanın palçıq vulkanlarını canlı görmək tamam fərqli və həyəcanvericidir

Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar

Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı

Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb