Hollandiya millisi “UEFA U-17” Avropa çempionatının yarımfinalında Portuqaliya yığması ilə qarşılaşacaq
Bakı, 15 may, AZƏRTAC
Mayın 15-də Bakıda keçirilən “UEFA U-17” Avropa çempionatının dörddəbir final görüşləri çərçivəsində “C” qrupunu lider kimi başa vuran İsveç yığması “D” qrupunun ikincisi olmuş Hollandiya komandası ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, 8-ci kilometr qəsəbə stadionunda keçirilən görüşdə Hollandiya millisi rəqibini 1:0 hesabı ilə məğlub edərək yarımfinal mərhələsinə yüksəlib.
Finlandiyalı baş hakim Ville Nevalaynenin idarə etdiyi matçda yeganə qolu oyunun 62-ci dəqiqəsində Tahit Çonq vurub.
Beləliklə, qarşılaşmadan qalib ayrılan Hollandiyanın 17 yaşadək futbolçuları yarımfinalda Portuqaliya yığmasının rəqibi olublar.
Xatırladaq ki, bu gün keçirilən digər dörddəbir final görüşü
İspaniya millisinin İngiltərə üzərində 1:0 hesablı üstünlüyü ilə yekunlaşmış və ispaniyalı futbolçular Avropa çempionatının yarımfınalında Almaniyaya rəqib olmuşdu.
Yarımfinal oyunları mayın 18-də “Dalğa Arena”da keçiriləcək.