Hollivud aktyoru Tom Henks koronavirusa yoluxduğunu bildirib
Vaşinqton, 12 mart, AZƏRTAC
Amerikalı məşhur aktyor Tom Henks öz "Twitter" səhifəsində bildirib ki, o və arvadı, amerikalı aktrisa Rita Uilson koronavirusa yoluxublar.
AZƏRTAC xəbər verir ki, ər-arvad hazırda Avstraliyada, Elvis Presli haqqında filmin çəkilişlərindədirlər.
Bildirilir ki, onlar özlərini yorğun, soyuqlamış kimi hiss edirlər və bədənlərində ağrı var. Henks yazır: "Rita vaxtaşırı titrətmə hiss edirdi. Bizim koronavirusa yoluxub-yoluxmadığımızı yoxladılar və nəticə müsbət oldu".
Bu arada Prezident Tramp Avropadan ABŞ-da girişin qadağan olunduğunu elan edib.
AZƏRTAC-ın Vaşinqton bürosu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:03]
Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb
- 15.10.2026 [15:43]
Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb
- 15.10.2026 [15:25]