İdarə Heyətinin üzvü: Azərbaycan Milli QHT Forumu İctimai şuraların sağlamlaşdırılmasında maraqlıdır
Bakı, 19 may, AZƏRTAC
Azərbaycan Milli QHT Forumu İctimai şuraların da sağlamlaşdırılmasında maraqlıdır. Biz müxtəlif qurumlar yanında olan İctimai şuralarla müntəzəm şəkildə görüşlər təşkil edirik, onların öz aralarında körpülər qururuq.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Allahverənov bu gün keçirilən mətbuat konfransında deyib.
İdarə Heyətinin üzvü 2024-cü ildən indiyədək formalaşmış İctimai şuraların hər birinin tamamilə sahəyə uyğun profil təşkilatlardan olmasının aydın şəkildə müşahidə edildiyini diqqətə çatdırıb. Bildirib ki, yeni mühitdə İctimai şuralarla əlaqədar neqativ halların kəskin azaldığı da müşahidə olunur. Onun sözlərinə görə, Milli QHT Forumu İctimai şuralara metodiki məsləhətlər də verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [14:31]
AQTA: Gəncədə orta məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir
- 01.10.2026 [14:13]
“Filtrsiz” podkastının qonağı bloger Sausan Cəfər olub VİDEO
- 01.10.2026 [13:54]
Nizami rayonunun bəzi ərazilərinə suyun verilişi dayandırılacaq
- 01.10.2026 [12:58]
Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub
- 01.10.2026 [12:57]