İDMANÇILARA HƏSR OLUNMUŞ SƏRGİ
Bakı, 5 mart (AZƏRTAC). Azərbaycan idmançılarının peşə bayramı günü münasibətilə Müasir İncəsənət Mərkəzində gənc rəssam Tahirə Allahverdiyevanın fərdi sərgisi açılmışdır.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov gənc rəssama yaradıcılıq uğurları arzulamışlar.
Bildirilmişdir ki, T.Allahverdiyevanın rəsmləri gənc nəslin idmana olan marağını daha da artıracaqdır. Rəsmlərdə təsvir olunanların çoxu Azərbaycanın ən tanınmış idmançılarıdır. Belə sənət nümunələri gənclərin idmana daha çox cəlb olunmasına, sağlam nəsil yetişməsinə təkan verəcəkdir.
Vurğulanmışdır ki, Tahirə Allahverdiyeva Azərbaycanda yeganə gənc rəssamdır ki, yaradıcılığında idmana və onun bütün növlərinə geniş yer ayırmışdır. Sərgidə rəssamın 60-dan çox əsəri nümayiş olunur. Bütün rəsmlər kataloqda cəmlənərək iştirakçılara paylanmışdır.
Sərgi martın 8-dək davam edəcəkdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]
Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]