İllərin həsrəti sona çatdı - Məmmədovlar ailəsi öz evində VİDEO
Bakı, 1 mart AZƏRTAC
Xocalının Xanabad kəndi... Kənddə ümumilikdə 276 ev var ki, onlardan da 115-i yararsız, 161-i isə qismən yararlıdır. Artıq 120 ev təmir olunaraq təhvil verilib, ilin sonunadək daha 41 ev hazır olacaq. İndiyədək kəndə 38 ailə - 154 nəfər köçüb. Xanabad kəndinə köçən Məmmədovlar ailəsinin qonağı olduq və onların təəssüratlarını öyrəndik. Daha ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladığı videomaterialda izləyə bilərsiniz.