İmişli lokomotiv deposunun yolları yenilənir
Bakı, 26 iyul, AZƏRTAC
Azərbaycan Dəmir Yollarının 5 əsas lokomotiv deposundan biri olan İmişli deposunun yolları və yoldəyişən qurğuları yenilənir.
AZƏRTAC xəbər verir ki, yenidənqurma işlərindən sonra depoda təmir olunan lokomotivlərin təhlükəsiz və təyin edilmiş sürətlə hərəkəti mümkün olacaq.
Hazırda 3,6 km yolda təmir aparılıb; 25 metrlik və müxtəlif ölçülü relslər yenisi ilə əvəzlənib; 3577 ədəd şpal dəyişdirilib; Torpaq yatağının bir hissəsi çirklənmədən təmizlənib; 1540 kubmetr çınqıl torpaq yatağına əlavə olunub. Təmir işləri 2023-cü ilin sonuna kimi davam etdiriləcək.