İmişlidə yaradılan iş yerlərinin 27 faizi yeni müəssisə və təşkilatların payına düşüb
İmişli, 26 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Cari ilin yanvar-iyun aylarında İmişlidə 126 yeni iş yeri yaradılıb. Bu iş yerlərinin 27 faizi yeni yaradılmış müəssisə və təşkilatların, 73 faizi isə mövcud müəssisə və təşkilatların payına düşüb.
İmişli Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 14,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 26,9 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində olub. Bundan başqa, yaradılan iş yerlərinin 4 faizini sənaye, 4 faizini nəqliyyat və anbar təsərrüfatı təşkil edib. Həmçinin yeni iş yerlərinin 1,6 faizini informasiya və rabitə, 34,9 faizini yaşayış üçün yerlər tərəfindən xidmətlərin göstərilməsi, 5,6 faizini daşınmaz əmlaklarla əlaqədar əməliyyatlar və 8,7 faizini təhsil sahəsi təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:16]
Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb
- 29.09.2026 [17:08]
“Səyyar Gənclər Xidməti” Salyanda
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [15:32]