İran Səudiyyə Ərəbistanına Ümrə ziyarətini dayandırıb
Bakı, 13 aprel, AZƏRTAC
İran iki vətəndaşının cinsi təcavüzə məruz qalması səbəbi ilə Səudiyyə Ərəbistanına Ümrə ziyarətini dayandırıb.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə iki həftə bundan qabaq, martın 28-də Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki hava limanında baş verib. Mümkün təcavüzçülərin yerli təhlükəsizlik xidmətinin əməkdaşları olduğu bildirilir.
Hadisə İranda kütləvi etiraz aksiyalarına səbəb olub. Paytaxt Tehranda və Məşhəd şəhərində diplomatik nümayəndəliklər qarşısında keçirilən nümayiş iştirakçıları Krallığın Tehrandakı səfirliyinin və Məşhəddəki konsulluğunun bağlanılmasını tələb ediblər.
İranın mədəniyyət naziri Əli Cənnəti günahkarların məhkəmə qarşısına çıxarılmayacağı və cəzalandırılmayacağı müddətdə Ümrə ziyarətinin dayandırılacağını və İrandan təyyarə uçuşlarının ləğv olunacağını deyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.10.2026 [18:47]
Hindistanda göyərtəsində altı nəfərin olduğu helikopter qəzaya uğrayıb
- 30.10.2026 [18:42]
Rusiyanın neft emalı müəssisələri yenidən hücumlara məruz qalıb
- 30.10.2026 [18:13]