İRANA QARŞI SANKSİYALAR TƏTBİQ OLUNSA, NEFTİN BİR BARRELİ 200 DOLLARA QALXACAQ
AZƏRTAC İRNA agentliyinə istinadla xəbər verir ki, bunu Venesuelada səfərdə olan İranın xarici işlər nazirinin müavini Məniçehr Məhəmmədi bəyan etmişdir.
Onun sözlərinə görə, İrana qarşı sanksiyaların tətbiqi mənfi nəticələrə gətirib çıxaracaq və “dünya bazarında neftin bahalaşması bu nəticələrin birincisi olacaqdır”. Diplomat vurğulamışdır ki, İran nə öz nüvə araşdırmalarından, nə də nüvə enerjisindən dinc məqsədlərlə istifadə olunması barədə qanuni hüququndan imtina etməyəcəkdir. İran hər cür sanksiyalara və hədələrə müqavimət göstərməyə hazırdır.
Məlumdur ki, BMT Təhlükəsizlik Şurasının iyulun axırlarında qəbul etdiyi qətnamədə İrandan uranı saflaşdırmağı avqustun sonunadək dayandırmaq tələb olunur. Əks təqdirdə Tehrana qarşı iqtisadi və diplomatik sanksiyalar tətbiq edilməsi nəzərdə tutulur.
Xatırladaq ki, İran gündə təxminən 4 milyon barrel neft çıxarır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:03]
Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb
- 15.10.2026 [15:43]
Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb
- 15.10.2026 [15:25]