İranda 3 ton narkotik müsadirə olunub
Bakı, 5 yanvar, AZƏRTAC
İran polisinin həyata keçirdiyi xüsusi əməliyyat zamanı Sistan-Bəlucistan və Kirman vilayətlərində 3 ton narkotik vasitə müsadirə edilib.
AZƏRTAC İran mətbuatına istinadla xəbər verir ki, son illər İran iqtisadiyyatında müşahidə olunan geriləmə narkotik istehsalının və satışının artmasına səbəb olub.
İran polisinin nümayəndəsi, general Məcid Kərimi bildirib ki, narkotik qaçaqmalçıları, həmçinin silah və qanunla qadağan olunan digər maddələr də gətirirlər. Onun sözlərinə görə, əməliyyat zamanı narkotik vasitə satan 841 nəfər həbs olunub, 10 min 29 narkotik vasitə istifadəçisi müalicə müəssisəsinə göndərilib. Eyni zamanda, narkotik vasitələri daşıyan 108 texnika müsadirə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:14]
Qara dənizdə gəmidə yanğın olub, 7 nəfərin axtarışı aparılır
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]
Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib
- 15.10.2026 [16:03]