İranda yunan-Roma güləşi üzrə böyüklər arasında dünya kuboku yarışları keçirilir
Bakı, 19 may, AZƏRTAC
Mayın 19-da İranın Şiraz şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında dünya kuboku yarışları start götürüb.
AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, Rusiya, İran, Türkiyə, Qazaxıstan, Belarus, Almaniya və Ukrayna güləşçiləri iştirak edirlər.
Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, Türkiyə və Ukrayna komandaları ilə “B” qrupunda mübarizə aparır. “A” qrupunda isə Rusiya, Belarus, Almaniya və Qazaxıstan komandaları qüvvələrini sınayırlar.
Millimiz ilk görüşünü Türkiyə yığmasına qarşı keçirib və 3:5 hesabı ilə məğlub olub. İkinci görüşündə də güləşçilərimiz İran yığmasına 1:7 hesabı ilə uduzublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [15:04]
Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]