İranə Əhmədova: Xarici qonaqlardan könüllülərin fəaliyyətinə dair xoş sözlər eşidirik
Bakı, 29 iyun, AZƏRTAC
Bakı Şəhər Halqası üçün könüllülərin öz üzərində işləməsi çox vacibdir.
AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqasının İnsan resursları və işçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova söyləyib.
İranə Əhmədova qeyd edib ki, bu gün MINEPS VII konfransının son günüdür. Hər tədbirdə olduğu kimi bu konfransın da əsas qəhrəmanları könüllülərimizdir.
“Konfransda 300-dən çox könüllü iştirak edir. Onların əksəriyyəti tələbələrdən ibarətdir. Könüllülərimiz hər zaman olduğu kimi bu konfrans çərçivəsində də çox yüksək səviyyədə fəaliyyət göstərdilər. Onların hər biri bütün proseslərdə yaxından iştirak edirlər. Biz xarici qonaqlarımızdan onların fəaliyyətinə dair xoş sözlər eşidirik”, - deyə o, əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:13]
Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub
- 29.09.2026 [16:12]
Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib
- 29.09.2026 [14:38]
Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid
- 29.09.2026 [14:34]
Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər
- 29.09.2026 [14:12]