İraq millisinin baş məşqçisi Dik Advokat istefa verib
Bakı, 24 noyabr, AZƏRTAC
Futbol üzrə İraq millisinin baş məşqçisi Dik Advokat istefa verib.
AZƏRTAC xəbər verir ki, bu barədə İraq Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Niderlandlı mütəxəssis uğursuz nəticələrə görə vəzifəsindən ayrılıb. Yetmiş dörd yaşlı baş məşqçini köməkçisi Jelko Petroviçin əvəzləyəcəyi bildirilib.
Dik Advokat bu ilin iyununda İraq millisinin baş məşqçisi təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında “DÇ-2022”nin seçmə mərhələsində keçirdiyi 6 oyunda cəmi 4 xal toplaya bilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]
“Barselona” tarixi rekordu təkrarlayıb
- 14.10.2026 [12:45]