İrlandiyalı müşahidəçi: Səsvermə açıq və şəffaf şəkildə keçirilir
Bakı, 11 aprel, AZƏRTAC
Təxminən 10-12 seçki məntəqəsində müşahidə aparmışıq. İndiyə qədər müşahidə apardığımız məntəqələrdə seçkilərin beynəlxalq standartlara uyğun keçdiyinin şahidi olduq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri İrlandiyadan olan beynəlxalq müşahidəçi Lundi Cerard Oliver bildirib. O deyib: “Vurğulamaq istərdim ki, heç bir qayda pozuntusuna rast gəlmədim. Bütün proseslər açıq və şəffaf şəkildə keçirilir. Bunun üçün Mərkəzi Seçki Komissiyasını təbrik etmək lazımdır, çünki bu, onların nailiyyətidir. Demokratik seçkilər və vətəndaşların öz istəklərini azad şəkildə ifadə etmələri çox vacib amillərdir. Müşahidə apardığım məntəqələrdə mən bunun şahidi oldum. Hər şey çox yüksək səviyyədə və beynəlxalq standartlara uyğun həyata keçirilir”.