İSMAYILLI GƏNCLƏRİ RAYONUN HƏYATINDA FƏAL ROL OYNAYIRLAR
İsmayıllı, 6 mart (AZƏRTAC). Bu gün İsmayıllıda əhalinin üçdə bir hissəsindən çoxunu gənclər təşkil edir. 5.216 gənc ailənin yaşadığı rayonda əmək qabiliyyətli işləyən gənclərin sayı 15 min 944 nəfərdir. Gənclər arasında 487 nəfərdən çox dərəcəli idmançı vardır. İstər dövlət idarələrində, istərsə də özəl sektorda əzmlə çalışan gənclər rayonun ictimai-mədəni, idman həyatında da fəal rol oynayırlar.
“Bu, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğura davam etdirilən dövlət gənclər siyasətinin real nəticəsidir, - deyə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov bildirir. Rayonda gənclərin mənəvi-əxlaqi, vətənpərvərlik, milli mənəvi dəyərlərə hörmət, dövlət və dövlətçiliyə sədaqət ruhunda tərbiyəsi diqqət mərkəzində saxlanılır. Onların asudə vaxtlarının səmərəli təşkili, ictimai fəallığının artırılması və təşkilatlanması sahəsində ardıcıl tədbirlər görülür. Təkcə son bir ildə belə tədbirlərdə minlərlə gənc iştirak etmişdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]
Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]