İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyindəki müəssisələrdə dezinfeksiya tədbirləri görülür
İsmayıllı, 12 mart, AZƏRTAC
COVID-19 infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən, İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində dezinfeksiya tədbirləri görülür.
İsmayıllı Regional Mədəniyyət İdarəsinin mətbuat katibi Aysu Nəcəfli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda ölkəmizdə koronavirusun yayılma təhlükəsinin qarşısının alınması məqsədilə tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, qabaqlayıcı tədbirlərin, o cümlədən dezinfeksiya işlərinin həyata keçirilməsi intensivləşdirilib.
Mətbuat katibi vurğulayıb ki, rayonların gigiyena və epidemiologiya mərkəzləri tərəfindən İsmayıllı, Qobustan, Şamaxı və Ağsuda mədəniyyət ocaqlarında dezinfeksiya işləri aparılır və bu tədbirlərin görülməsi diqqətdə saxlanılır.