İsrail xaricdəki 28 səfirliyinin işini dayandırıb
Bakı, 5 aprel, AZƏRTAC
İsrailin hakimiyyət orqanları İrandan gələn təhlükə ilə əlaqədar xarici ölkələrdəki 28 diplomatik missiyasının fəaliyyətini dayandırıb.
AZƏRTAC Sky news-Arabiya telekanalına istinadla xəbər verir ki, Təl-Əviv bu addımı Dəməşqdə İranın konsulluq binasına hücumla bağlı cavab tədbirlərindən ehtiyatlandığı üçün atıb.
Bir müddət öncə İsrail Müdafiə Nazirliyinin nümayəndəsi Daniel Haqari ordunun yüksək hazırlıq vəziyyətinə gətirildiyini bildirib.
Qeyd edək ki, İsrail hərbi hava qüvvələri aprelin 1-də Dəməşqin cənub-qərbində İran konsulluğunun binasına raket zərbəsi endirib. Tehran hadisə nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun iki generalı da daxil olmaqla 13 nəfərin öldüyünü təsdiqləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]