İSRAİLDƏ GÜN ƏRZİNDƏ 15 NƏFƏR HƏLAK OLMUŞDUR
İyulun 12-dən bəri İsraildə cəmi 94 nəfər - 58 hərbi qulluqçu və 36 dinc sakin həlak olmuş, yüzlərlə insan yaralanmışdır.
Avqustun 6-da axşam İsrailin Hayfa şəhəri hərbi münaqişə başlanan vaxtdan bəri ən güclü raket atəşinə məruz qalmışdır. İlkin məlumata görə, şəhərin ərazisinə “Hizbullah” yaraqlıları tərəfindən azı 22 raket buraxılmışdır. 3 nəfər həlak olmuş, təxminən 100 nəfər müxtəlif dərəcəli xəsarət almışdır.
Raketin hədəfə dəyməsi nəticəsində yaşayış binalarından biri qismən uçmuşdur. Uçqunların altından 5 nəfər çıxarılmışdır. Həkimlər onlardan birinin vəziyyətinin ağır olduğunu bildirirlər.
Bundan əvvəl avqustun 6-da “Hizbullah” yaraqlılarının SAXAL hərbi hissələrindən birinin yerləşdiyi Kfar-Giladi yaşayış məntəqəsini “Katyuşa” tipli reaktiv minatanlardan atəşə tutması nəticəsində 12 israilli hərbi qulluqçu həlak olmuş, 12 nəfər isə yaralanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:03]
Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb
- 15.10.2026 [15:43]
Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb
- 15.10.2026 [15:25]