İsraildə məhkəmə islahatları çərçivəsində ilk qanun qüvvəyə minib
Bakı, 26 iyul, AZƏRTAC
Binyamin Netanyahunun rəhbərlik etdiyi İsrail hökumətinin irəli sürdüyü və bazar ertəsi Knessetinin (parlament) yekun oxunuşda təsdiqlədiyi məhkəmə islahatlarının birinci qanunu iyulun 26-da qüvvəyə minib.
AZƏRTAC Kan radiostansiyasına istinadla xəbər verir ki, məhkəmə islahatlarının mübahisəli elementlərindən biri olan bu qanun Ali məhkəmənin İsrail hökumətinin qərarlarına yenidən baxmaq səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tutur.
İyulun 24-də 120 yerlik parlamentdə hakim koalisiyanı təmsil edən 64 deputat qanun layihəsini dəstəkləyib. Səsverməni boykot edən 56 müxalif deputat Ali məhkəməyə sənədlə bağlı şikayət edəcək.
İslahatın əleyhdarlarının fikrincə, məhkəmə sisteminin yenidən qurulmasına dair Nazirlər Kabinetinin təklif etdiyi plan dövlətin demokratik əsaslarını sarsıdır. Binyamin Netanyahunun rəhbərlik etdiyi hökumət isə əksinə, məhkəmə islahatlarının ölkədə siyasi sistemi daha da demokratikləşdirdiyi qənaətindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]