İSTANBULDAKI MƏRMƏRƏ UNİVERSİTETİNDƏ XOCALI SOYQIRIMININ İLDÖNÜMÜ İLƏ BAĞLI KONFRANS KEÇİRİLMİŞDİR
Ankara, 26 fevral (AZƏRTAC). Azərbaycanın İstanbuldakı Baş konsulluğu Mərmərə Universitetinin Türk Mədəniyyəti Klubunda “Xocalı soyqırımını unutma, unutdurma” mövzusunda konfrans keçirmişdir.
Konfransa sədrlik edən baş konsul Səyyad Aran Xocalı soyqırımı və Azərbaycanın digər rayonlarında ermənilərin törətdikləri qətliamlar barədə ətraflı məlumat vermişdir.
Azərbaycan Milli Məclisinin deputatları Elman Məmmədov və Aydın Mirzəzadə ermənilərin bölgədə yürütdükləri məkrli siyasətdən bəhs etmişlər. Onlar vurğulamışlar ki, Azərbaycan və Türkiyə bu siyasətə qarşı birgə mübarizə aparmalı, Xocalı soyqırımı kimi faciələrin bir daha baş verməməsi üçün daha güclü olmalıdırlar.
Türkiyə parlamentinin üzvləri Onur Öymən və Osman Durmuş çıxışlarında bildirmişlər ki, Xocalı soyqırımı heç zaman unudulmamalı, bu faciənin günahkarlarının cəzalandırılması üçün hüquqi müstəvidə iş aparılması gücləndirilməlidir. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalı, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün öz yurduna qayıtmalıdır. Ancaq belə olan təqdirdə Türkiyənin bu dövlətlə münasibətlərinin normallaşmasından söhbət gedə bilər.
Konfransda Heydər Əliyev Fondunun təqdim etdiyi Xocalı soyqırımından bəhs edən sənədli film nümayiş olunmuşdur.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]