İsveçrədə koronavirusa yoluxanların sayı 650 nəfəri ötüb
Bern, 12 mart, AZƏRTAC
İsveçrədə koronavirusa yoluxanların sayı 652 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, martın 11-də bu ölkədə koronavirus səbəbindən dörd nəfər dünyasını dəyişib. Səhiyyə üzrə Federal İdarənin məlumatına görə, ölkənin artıq 23 kantonunda bu virusa yoluxma halı qeydə alınıb. Ən çox yoluxma İtaliya ilə həmsərhəd Tessin kantonunda qeydə alınıb (120 nəfər). Bu səbəbdən martın 11-də axşam saatlarında bu kantonda fövqəladə vəziyyət elan olunub.
Artıq Avstriya və Sloveniya qonşu İtaliya ilə sərhədləri bağlamaq barədə qərar qəbul etsə də, İsveçrədə bununla bağlı tərəddüdlər hələ də davam edir. Hər gün 68 min italyan İsveçrə ilə həmsərhəd rayonlarda işləmək üçün bu ölkəyə gəlir. Tessin kantonunda iqtisadiyyatın böyük hissəsi İtaliyadan gələn işçi qüvvəsindən asılı olsa da, kəskinləşən vəziyyət sərhədlərin bağlanmasını tələb edir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:14]
Qara dənizdə gəmidə yanğın olub, 7 nəfərin axtarışı aparılır
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]
Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib
- 15.10.2026 [16:03]