İtaliyada keçirilən yeniyetmələr arasında Avropa çempionatında iki güləşçimiz finala vəsiqə qazanıb
Bakı, 18 iyun, AZƏRTAC
İtaliyada keçirilən yeniyetmələr arasında Avropa çempionatında iki güləşçimiz finala yüksəlib.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildirilib ki, dörddəbir finaldan mübarizəyə qoşulan Məlik Əliyev İsrail təmsilçisinə heç bir şans verməyərək adını yarımfinala yazdırıb. Daha sonra finalda Belarus güləşçisi ilə qarşılaşan M.Əliyev finala vəsiqə qazanıb.
Digər idmançımız Nihad Məmmədli gərgin keçən ilk görüşdə Rusiya pəhləvanını üstələyib. N.Məmmədli növbəti qarşılaşmada türkiyəli güləşçidən güclü olub və o da yarımfinala adlayıb. Finalın bir addımlığında Ermənistan güləşçisi ilə üz-üzə gələn Nihad prinsipial qarşılaşmadan da qalib ayrılıb. İlk hissədə qazandığı 4 xallıq üstünlüyü sona kimi qoruyan pəhləvanımız finala çıxıb.
Güləşçilərimizdən Xasay Həsənli qitə birinciliyinə inamla başlayıb. Həmyerlimiz ilk görüşündə macarıstanlı rəqibini vaxtından əvvəl məyus edib. X.Həsənli Xorvatiya idmançısına da göz açmağa imkan verməyib. Rəqibinə ilk hissədə qalib gələn Xasay yarımfinala yüksəlib. Lakin növbəti mərhələdə Rusiya təmsilçisinə uduzub.
Qeyd edək ki, medal qarşılaşmaları iyunun 18-də Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]