İtaliyada səhiyyə işçiləri tətil edirlər
Roma, 21 noyabr, AZƏRTAC
İtaliyada səhiyyə sektorunda birgünlük milli tətil elan olunub.
AZƏRTAC xəbər verir ki, bu sahədə fəaliyyət göstərən həmkarlar ittifaqlarının qərarı ilə səhiyyə işçiləri tətil ediblər. Buna səbəb kimi hökumətin 2025-ci il dövlət büdcəsi layihəsində səhiyyə sektoruna daha az vəsait ayırması göstərilir.
Tətil müddətində təcili yardım xəstələrinə xidmətlərin göstəriləcəyinə zəmanət verilib. Ümumilikdə 15 mindən çox planlaşdırılmış cərrahi əməliyyat və 100 minədək müayinənin təxirə salındığı, ümumilikdə 1,2 milyon sağlamlıq xidmətinin risk altında olduğu bildirilib. Tətilə ölkə üzrə həkimlərin və tibb bacılarının 85 faizi qoşulub.
Bundan başqa, 500-dən çox tibb işçisi paytaxt Romada aksiya keçirib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [17:58]
Nigeriyada silahlı hücum nəticəsində 62 nəfər ölüb
- 27.10.2026 [17:45]
İsveçin media orqanları süni intellektdən istifadəyə nəzarəti gücləndirir
- 27.10.2026 [17:00]
Rusiya dizel yanacağı daşıyan dördüncü tankeri yola salmağı planlaşdırır
- 27.10.2026 [16:55]
Belçika atom elektrik stansiyalarını milliləşdirməyə hazırlaşır
- 27.10.2026 [16:47]
Fransada 3 polis 6 il əvvəl ölən şəxslə bağlı məhkəmədə cavab verəcək
- 27.10.2026 [16:39]