İyirmi doqquz kaşalotun sahilə çıxmasına səbəb Günəş fırtınaları olub
Bakı, 10 sentyabr, AZƏRTAC
Almaniyanın Kiel Universitetinin alimləri ötən ilin əvvəllərində 29 kaşalotun Almaniya, Hollandiya, İngiltərə və Fransa sahillərinə çıxmasının səbəblərini açıqlayıb.
AZƏRTAC “Astrobiology” jurnalına istinadla xəbər verir ki, elm adamları buna səbəb kimi 2015-ci ilin dekabrında baş vermiş Günəş fırtınalarını göstəriblər.
Alimlər kaşalotların istiqamətini müəyyən etmək üçün Yer kürəsinin geomaqnit sahəsini istifadə etdiyini bildiriblər. Günəş fırtınalarının daşıdığı yüklü hissəciklər və yaydığı yüksək radiasiya isə geomaqnit sahəsinin pozulmasına səbəb olur.
Araşdırmalar nəticəsində məlum olub ki, maqnit sahəsindəki pozulmalar balinaların istiqaməti müəyyənləşdirməsi üçün maqnetik dalğaları qəbul etmələrinə mane olur. Nəticədə heyvanlar dayaz sulara doğru istiqamətlənir.
Əvvəllər Günəş fırtınalarının arı və quşların istiqaməti təyin etmək qabiliyyətinə də təsir etdiyi sübut olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]