KALİNİNQRADDA AZƏRBAYCAN DİLİ KURSLARI
Bakı Slavyan Universitetinin Rusiya mərkəzində Kalininqrad vilayət dumasının nümayəndəsi, sədrin iqtisadi siyasət üzrə köməkçisi, Ümumrusiya Azərbaycan Konqresinin regional şöbəsinin sədri və Bakı şəhər İcra Hakimiyyətinin Kalininqraddakı səlahiyyətli nümayəndəsi Tofiq Rzayevlə görüş keçirilmişdir. Qonaq AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirmişdir ki, vətənə bu dəfə də əliboş gəlməmişdir. Kalininqraddakı diasporumuzun nümayəndələrinin səyləri sayəsində tezliklə Moskva Dövlət Universitetinin yerli filialında Azərbaycan və türk dillərini öyrənməyə başlayacaqlar. Bunun üçün MDU-nun razılığı alınmışdır. MDU artıq bu il həmin dillərin öyrənilməsi üçün kursların açılacağını elan etmişdir. Yeri gəlmişkən, biz Cənubi Qafqaz respublikaları arasında qeydiyyatdan keçmiş və öz dilimizin öyrənilməsi üçün kursların açılmasına razılıq almış yeganə respublikayıq. Burada Azərbaycan dilinə maraq təsadüfi deyildir. Çünki Kalininqrad xüsusi iqtisadi zonadır, Avropanın mərkəzində yerləşir və Polşa, Litva və Belarusla həmsərhəddir. Türkiyə ilə turizm və ticarətin intensiv inkişafı işgüzar əlaqələr yaradılması üçün dili bilməyi tələb edir.Bu isə 8 min nəfərdən artıq üzvü olan diasporumuzun öz dilini, tarixini və mədəniyyətini unutmaması üçün gözəl imkandır. Mən buraya metodik materiallar, dərsliklər aparmaq üçün gəlmişəm. Biz Bakı Slavyan Universiteti ilə daim əlaqə saxlayacağıq, gələcəkdə şərqşünaslıq fakültəsi açmaq ümidindəyik.Burada mürk dilləri də öyrədiləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]
Azərbaycan Bayrağının rəngləri Niaqara şəlaləsində
- 25.05.2026 [12:17]