Kamran Talıbov: Bölgələrimizdə cüdonun inkişafı üçün yeni layihələr həyata keçirəcəyik
Bakı, 10 aprel, AZƏRTAC
“Bölgələrimizdə cüdonun inkişafı üçün yeni layihələr həyata keçirəcəyik”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini və idman direktoru Kamran Talıbov Cüdo Liqaları ilə bağlı təşkil olunmuş mətbuat konfransında deyib.
O, Azərbaycanın qərb və şimal-qərb bölgələrində cüdo yarışlarının daha rəqabətli keçdiyini bildirib.
“Regionlarımızda daxili yarışların müəyyən əmsallarını təyin etmişik. Əmsallar iştirakçı idmançıların sayı və onların potensialları baxımından heç də eyni deyil. Biz əmsalları bütün regionlarımızda bərabərləşdirməyə çalışacağıq. Bəzi regionlarımız var ki, orada cüdonu inkişaf etdirmək üçün sıfırdan başlamışıq. Buna Sabirabad rayonu nümunə ola bilər. Burada yeni cüdo zalımız açılıb. Həm qız, həm oğlan cüdoçularımızın sayında artım var. Tikilməkdə olan zallarımızın da sayı çoxdur. Qarşıda da layihələrimiz olacaq”, - deyə Kamran Talıbov əlavə edib.
ACF rəsmisi onu da qeyd edib ki, regionlarda inkişaf üçün maarifləndirici seminarların keçirilməsi də nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:16]
Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]