Kanadada Azərbaycan Tədqiqatlar İnstitutu təsis edilmişdir
Bakı, 27 avqust (AZƏRTAC). Kanadada Azərbaycan Tədqiqatlar İnstitutu (KATİ) təsis edilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Kanadanın dünya şöhrətli Vaterloo Universitetinin bazasında fəaliyyət göstərən KATİ Azərbaycan üzrə tədqiqatlar sahəsində aparıcı elmi mərkəz olacaqdır.
KATİ qarşılıqlı maraq doğuran layihələr üzrə Kanadanın və Azərbaycanın akademik institutları, xüsusilə Toronto Universitetinin Qlobal Məsələlər üzrə Munk kollecinin alimləri, tələbələri ilə sıx əməkdaşlıq edəcək, Azərbaycan üzrə tədqiqatlar aparacaq, materiallar nəşr edəcək, Azərbaycanın nailiyyətlərini, mədəni irsini təbliğ edəcəkdir.
KATİ-nin əsas hədəflərindən biri də Azərbaycan İnternet Ensiklopediyasını (ingilis dilində) yaratmaq və bu yolla ölkəmizin tarixi, coğrafiyası, ədəbiyyatı, cəmiyyəti, iqtisadiyyatı, diasporu və mədəni irsini tanıtmaq, elmi ictimaiyyət, hökumət və mətbuat işçiləri üçün yüksək səviyyəli konfrans, seminar və mühazirələr təşkil etməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.07.2026 [20:08]
Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsinin iştirakçıları Azərbaycana gəliblər
- 27.07.2026 [15:06]
Azərbaycan Beynəlxalq Gənclər Assambleyasında təmsil olunacaq
- 24.07.2026 [15:54]
VIII “Qardaşlaşmış Qarabağ məktəbləri” Yay Düşərgəsi başa çatıb
- 22.06.2026 [23:01]