Kaxa Kaladzenin Tbilisi meri vəzifəsinə namizədliyi irəli sürülüb
Tbilisi, 31 iyul, AZƏRTAC
Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası oktyabrın 4-də keçiriləcək seçkilər ilə əlaqədar Tbilisi meri vəzifəsinə Kaxa Kaladzeni namizədliyini rəsmi olaraq irəli sürüb.
AZƏRTAC xəbər verir ki, hazırda Mtatsminda Parkında Kaxa Kaladzenin namizədliyinin irəli sürülməsi ilə bağlı tədbir keçirilir.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Gürcü Arzusu” komandası adından Kaxa Kaladzeni paytaxt merliyinə namizəd kimi irəli sürüb. Tədbirdə “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili də iştirak edir.
Qeyd edək ki, K.Kaladze ilk dəfə 2017-ci ildə, ikinci müddətə isə 2021-ci ildə paytaxt meri seçilib.
Məlumat üçün bildirək ki, oktyabrın 4-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]
Dubayda ilk dəmir yolu stansiyası açılıb
- 29.09.2026 [16:51]
Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir
- 29.09.2026 [16:40]