Keçmiş məcburi köçkün: Ağdamı yenidən əvvəlkindən daha gözəl vəziyyətə gətirəcəyik
Bakı, 20 may, AZƏRTAC
“Bu gün bizim üçün çox sevindirici, ən gözəl gündür. Ağdamdan gənc yaşımda çıxmışam. İndi doğma yurduma qayıtmağın sevincini yaşayıram”.
Bu sözləri Ağdam sakini Hacıyeva Səkinə AZƏRTAC-a müsahibəsində deyib.
O qeyd edib ki, artıq uzun illərdir ata-baba yurdlarından didərgin düşən vətəndaşlarımız qısa müddətdə öz torpaqlarına qayıdır. Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyən Ağdam sakini doğma yurduna qayıtdığına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib.
Bildirib ki, 44 günlük Vətən müharibəsi bizim gücümüzü, iradəmizi, birliyimizi göstərdi. II Qarabağ döyüşündə qazandığımız qələbə bizim şanlı tariximizdir. Xalqımız bu qələbə ilə bağlı əbədi qürur hissi keçirəcək.
“Doğma yurdumuzda hər bir işi görməyə hazırıq. Uzun illərin həsrəti bitir. Ağdamı yenidən əvvəlkindən daha gözəl vəziyyətə gətirəcəyik”, - deyə o vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [14:31]
AQTA: Gəncədə orta məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir
- 01.10.2026 [14:13]
“Filtrsiz” podkastının qonağı bloger Sausan Cəfər olub VİDEO
- 01.10.2026 [13:54]
Nizami rayonunun bəzi ərazilərinə suyun verilişi dayandırılacaq
- 01.10.2026 [12:58]
Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub
- 01.10.2026 [12:57]