KƏND SAKİNLƏRİNİN ARZUSU YERİNƏ YETDİ
Yenikənddə yaşayan qaçqın və məcburi köçkünlər rayon mərkəzinə - Ağdaşa gedən yolun bərbad vəziyyətdə olmasından gileylənirdilər. Onların arzusu yerinə yetirilmiş, kəndə 7 kilometr uzunluğunda yol çəkilmişdir. Bu işi rayon yol idarəsinin kollektivi görmüşdür. Sakinlər bu diqqətdən razı qalmışlar.