“Kəpəz” səkkiz futbolçu ilə müqaviləyə xitam verib
Bakı, 4 yanvar, AZƏRTAC
“Kəpəz” futbol klubu əsas komandanın səkkiz üzvü ilə müqaviləyə qarşılıqlı şəkildə xitam verib.
AZƏRTAC kluba istinadla xəbər verir ki, komandadan gedən futbolçuların hamısı yerli oyunçu statusunda çıxış edənlər olub. Belə ki, qapıçı Ruzi Qiyaslı, müdafiəçilər Novruz Məmmədov, Azad Kərimov, yarımmüdafiəçilər Azər Məmmədov, Aydın Qasımov, Kərim Diniyev, Serqey Çernışev və Məhəmməd Qurbanov Gəncə klubundan ayrılıblar. Sonuncu öz istəyi ilə komandanı tərk edib.
“Kəpəz”in rəhbərliyi futbolçulara xidmətlərinə görə minnətdarlığını bildirib, gələcək karyeralarında uğurlar arzulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]