Kərim Benzema Fransa millisində bombardirlər siyahısında ilk beşlikdə yer alıb
Bakı, 15 noyabr, AZƏRTAC
“Real Madrid”in forvardı Kərim Benzema Fransa millisində 35-ci qolunu vurub.
AZƏRTAC xəbər verir ki, 33 yaşlı hücumçu bu nəticəyə “DÇ-2022”nin seçmə mərhələsi çərçivəsində Qazaxıstanla matçda (8:0) dubl etməklə nail olub. Bununla da o, millidə ən çox qol vuran bombardirlər siyahısında Davida Trezeqeni (34 qol) üstələyərək ilk beşlikdə yer alıb.
Futbolçu 35 qolla artıq əfsanəvi Mişel Platinidən cəmi 6 top geri qalır.
K.Benzema jurnalistlərə müsahibəsində D.Trezeqeni üstələdiyi üçün şad olduğunu bildirib: “Heç vaxt düşünməzdim ki, millinin bombardiri reytinqində D.Trezeqeni keçə biləcəyəm, amma bunu bacardığım üçün çox şadam. David Trezeqe ölkəmizin əfsanəsidir. Amma matçda ən önəmlisi Qazaxıstana qalib gəlməyimizdir”.
Qeyd edək ki, siyahıya Tyerri Anri (51 qol) başçılıq edir. Sonrakı pillələrdə Olivye Jiru (46 qol) və Antuan Qrizmann (42) qərarlaşıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]