Kərim Benzema Lionel Messini qabaqlayıb
Bakı, 13 oktyabr, AZƏRTAC
“Marca” nəşri “France Football”ın təsis etdiyi ənənəvi “Qızıl top” mükafatını bu il kimin alacağını təxmin etmək məqsədi ilə oxucuları arasında sorğu keçirib.
AZƏRTAC xarici KİV-ə istinadən xəbər verir ki, sorğuda iştirak edən respondentlərin çoxu Kərim Benzemaya səs verib. Madrid “Real”ının və Fransa yığmasının hücumçusu sorğu iştirakçılarından 38 faiz səs alıb.
Benzema sorğuda PSJ-nin və Argentina millisinin hücumçusu Lionel Messini 1 faiz qabaqlayıb.
Sorğuda Robert Levandovski (“Bavariya”, Polşa millisi) 14, Kriştiano Ronaldo (“Mançester Yunayted”, Portuqaliya) 4, Jorjinyo (“Çelsi”, İtaliya) 3, Nqolo Kante (“Çelsi”, Fransa) isə 2 faiz səs toplayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]